BÖYRƏK

Böyrək xəstəliklərindən necə şübhələnmək olar?

Böyrək xəstəliklərinin simptomları bir çox digər xəstəliklərin sismptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam başqa xəstəliklərdən (ürək xəstəlikləri, onurğa xəstəlikləri) müalicə olunur və yalnız müalicə uğursuz olduqda, nəhayət ki, lazım olan mütəxəssisin müayinəsinə düşür.

Beləliklə, hansı simptomlar böyrək xəstəliklərinə işarə edə bilər:

- Ödemlər. Bu simptom həmçinin ürək xəstəlikləri üçün də xasdır. Lakin burada müəyyən fəqlər var. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödemlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödemlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.

Ürək xəstəlikləri ilə bağlı olan ödemlər ayaqlarda əmələ gəlir.

Digər fərq - böyrək xəstəlikləri ilə bağlı ödemlər səhər saatlarında, ürək xəstəlikləri ilə  bağlı ödemlər axşam əmələ gəlir.

- Ağrılar. Böyrək xəstəlikləri zamanı xəstədə bel nahiyəsində ağrılar olur. Ağrılar tutmaşəkilli, güclü (böyrək daşı xəstəliyi zamanı), sızıldayan və ya sıxıcı, bir və ya ikitərəfli ola bilər. Ağrı xəstəni daim və ya vaxtaşırı narahat edə bilər. Nəzərinizə çatdıraq ki, bel nahiyəsində olan istənilən ağrılar hər hansı böyrək xəstəliklərinin əlaməti ola bilər.

- Arterial təzyiqinin artması. Böyrək xəstəlikləri zamanı arterial təzyiqinin artması tez-tez müşahidə olunur. Xəstələr bunu hipertoniya xəstəliyi ilə əlaqələndirir və hipertoniyadan müalicə olunurlar. Lakin hipertoniyanın standart müalicəsi böyrəklər patologiyaları zamanı lazım olan effekt vermir.

Xəstə həm də bu kimi simptoma fikir verməlidir: böyrək patologiyaları zamanı "aşağı" təzyiq essensial hipertoniya (ilkin hipertoniya) ilə müqayisədə daha yüksək rəqəmlərə artır (100 mm c.st artıq).

Hər iki simptomun (hipertoniyanın uğursuz müalicəsi və "aşağı" təzyiqin 100 mm c.st-dan yuxarı olması) olması insanda böyrək patologiyalarına işarə edir.

- Sidik ifrazının pozulmaları. Bütün sidik ifrazı pozulmaları (tezləşmiş, azalmış, həddən artıq çoxalmış sidik ifrazı, sidikdə selik və qan və s.) böyrək xəstəliklərinə işarə edə bilər.

- Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin səbəbsiz qalxması da böyrək xəstəliklərinin əlaməti ola bilər.

Beləliklə, özünüzdə yuxarıda sadalanan simptomları müşahidə etdikdə, mütləq nefroloqun (böyrək xəstəliklərinin müalicəsində ixtisaslaşdırılmış mütəxəssis) müayinəsindən keçin.

Bədənimizdəki hər orqanda olduğu kimi böyrəklərimizin də bəzi xəstəliklərə tutulma riskləri vardır. İndiki vaxtda  məlum olan bir neçə böyrək xəstəliyi vardır, bunlar;


nefrit: nefronların iltihablaşması nəticəsində yaranan bir xəstəlikdir. Bu xəstəlik böyrək çatışmazlığının meydana gəlməsində ən başlıca səbəblərdən biridir.

• Böyrək daşları:

sidik yollarında yaranan iltihab nəticəsində, əgər bir tıxanma olarsa, buradakı maddələr çökərək bədənimizdə böyrək daşlarını meydana gətirir. Bunun nəticəsində böyrək daşları, böyrəkdə ciddi mənada şiddətli ağrı və qanamalara səbəb olur. Bəzən bu xəstəlikdə sidiyin qanlı çıxdığı da müşahidə olunur.


• Böyrək Xərçəngi:

Böyrək xərçəngində orta yaş həddi və uşaq şişi olmaqla, iki cür şiş vardır. Orta yaş şişinə "renal hüceyrəli karsinoma" deyilir. Uşaq şişinə isə "vilms şişi" deyilir. Bu iki şişin əlaməti isə, sidiyin qanlı olması və qarındakı sancılı ağrılardır. Əgər şiş erkən diaqnoz edilsə müalicə şansı yüksəkdir.


• Böyrək çatışmazlığı:

Xroniki böyrək çatışmazlığı böyrəklərin tam olaraq, vəzifəsini yerinə yetirməməsi nəticəsində ortaya çıxır. Bu xəstəliyin olub olmadığını, qanımızdakı qreatini və sidiyi analiz etməklə öyrənmək mümkündür.

Böyrək xəstəliklərinin əlamətləri nələrdir?


Yuxarıda qeyd etdiyimiz böyrək xəstəliklərinin əlamətləri, digər xəstəliklər kimi özünü tez biruzə vermir. Böyrək xəstəliklərinin ümumi əlamətləri isə:
 

  • Tez-tez sidiyəçıxma

  • Nəfəs darlığı

  • Qarın nahiyəsində davamlı ağrı•

  • Sidiyin qanlı gəlməsi

  • Davamlı bulanma halı

  • Sidiyə çıxa bilməmək

  • Ayaq və əllərdə şişmə.

Əgər böyrək xəstəliyindən şübhələnirsinizsə, sidik analizi verərək, bu şübhələrdən xilas ola bilərsiniz. 6 aylıq proseslərdə aparılacaq sidik analizləri böyrək xəstəliklərinin erkən diaqnozunda çox əhəmiyyətlidir. Bu zaman müalicə edilmə ehtimalı daha yüksəkdir.

Böyrək xəstəliklərindən xilas olmaq üçün şəfalı bitkilərin faydası böyükdür. Şəfalı bitkilərdən istifadə öncəsi həkiminizlə məsləhətləşərək, təsdiqlədiyi təqdirdə əlavə bir müalicə üsulu kimi qəbul edə bilərsiniz. 
Böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkilər bunlardır;

• Badam:

Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür.


• Paxla:

Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları da salmağa kömək edir.


• Çiyələk:

Sidik yollarını təmizləməyə çox kömək olur.


• Gicitkan:

Böyrək ağrılarını aradan qaldırır, sidik yollarını da təmizləyir.


• Cəfəri:

Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır.


• Turp:

Böyrəklərdə olan mikrobları öldürərək , böyrəkdə olan daş və qumların tökülməsinə kömək edir.


• Üzüm:

Böyrək qumları və daşlarının salınmasına kömək olur .

Yuxarıdakı tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək çox faydalıdır.