DƏRİ-ZÖHRƏVİ XƏSTƏLİKLƏR 

DƏRİ XƏSTƏLİKLƏRİ

Dəri xəstəliklərindən bəhs edən elmə dermatologiya deyilir.
Dəri xəstəliklərinin əlamətləri. Yerli - gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi - üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur.
Dəridə morfoloji dəyişikliklər - ləkə, köpüşük, düyüncük, qabaq, düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrovlaşma, eroziya, ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər.
Ləkə. Dərinin və selikli qişanın məhdud bir sahəsinin rənginin dəyişilməsinə ləkə deyilir. Ləkə üç cür olur: iltihab, hemorragiya və piqment ləkələri.
Köpüşük. Xüsusi dəfinin (dermanın) məməyəbənzər təbəqəsində baş vermiş kəskin iltihablı şişkinliklərə köpüşük deyilir. Köpüşüyün xüsusiyyəti ondan ibarətdir ki, o, müəyyən ekzogen və endogen səbəblərdən gözlənilmədən aşkar olur.

 

DƏRİ VƏ DƏRiNiN QURULUŞU

Dəri orqanizmin örtük təbəqəsini təşkil etməklə müxtəlif funksiyaları yerinə yetirir. Quruluşuna görə dəri xarici epitel və daxili birləşdirici toxuma qatlarından təşkil olunmuşdur.
Xarici epitel qatı - epidermis nisbətən nazikdir. Bədənin müxtəlif sahələrində epidermisin qalınlığı eyni deyil. Belə ki, ovucda, ayaq altında və bədənin bel nahiyəsinin aşağı hissəsində epidermis daha qalındır. Dəri örtüyü göz qapaqlarında, qulaq seyvanlarında kişilərə nisbətən qadınlarda nazikdir.
Xüsusi dəri və ya derma epidermisə nisbətən daha qalındır. O, lifşəkilli birləşdirici toxuma hüceyrələrindən ibarətdir. Bunların arasında elastik liflər yerləşir ki, bunlar dəriyə elastiklik verir. Xüsusi dəridə piy və tər vəziləri, tük kisəcikləri, reseptorlar, dəri kapillyarları və limfa sahələri yerləşir.
dəri və dərinin quruluşu.

GÖBƏLƏK XƏSTƏLİKLƏRİ

Göbələk xəstəlikləri dərini, saçları və dırnaqları zədələyən göbələklər tərəfindən törədilir. Bunlar yoluxucu xəstəliklərdir. Xəstəliyi yoluxduran göbələk sporları isə epidermis pulcuqları, tökülmüş tük və saçlar vasitəsilə keçirilir. Bu xəstəliklərin yayılmasında heyvanlar (pişiklər, siçanlar, qaramal, davar, atlar) da böyük rol oynayır.
Mikrosporiya xüsusilə çox yoluxucudur. O əsasən uşaqlar arasında yayılmışdır. Başlıca yoluxdurucu pişiklərdir. Zədələnmə ocaqları saya dəridə- halqaşəkilli eritematoz disklərlə yerləşir. Disklər arasında isə sağlam dəri zolaqları qalır. Mikroskopiya başın tüklü hissəsini tutduqda, burada xeyli iri (diametri 5 — 6 sm qədər) və kəskin surətdə məhdudlaşmış dairəvi zədələnmə ocaqları əmələ gəlir. Bu sahələrin dərisi asbest-şəkilli nazik qabıqla örtülür. 

DƏRI INFEKSIYALARI

Tetanus ağır kəskin infeksion xəstəlikdir.
İnfeksiyanın giriş qapılarını nəzərə almaqla aşağıdakı tetanus növləri ayırd olunur: 1) travmatik tetanus; 2) iltihabi proseslərin nəticəsi olan tetanus.
Tetanus zamanı inkubasion dövr 5 gündən 14 günə qədər davam edir. Bir sıra hallarda 1 — 4 günədək qısalır və ya 30 günə qədər uzanır. Xəstəlikdən əvvəl başağrısı, yüksək dərəcədə əsəbilik, çox tərləmə, yara ətrafında gərginlik, yüngül ağrı və əzələ dartılmaları şəklində prodromal hallar ola bilər.
Xəstəlik çox vaxt kəskin başlanır. Tetanusun başlanğıc simptomlarından biri çeynəmə əzələlərinin ağızın açılmasını çətinləşdirən qıcolma şəklində yığılmalarıdır. Çox ağır hallarda dişlər bir-birinə möhkəm sıxılır və ağzını açmaq mümkün olmur. Bunun ardınca mimiki əzələlərin qıcolmaları.

 

DƏRININ PARAZİT XƏSTƏLİKLƏRİ

Dərinin parazit xəstəlikləri başlıca olaraq qoturluq gənəsi tərəfindən (qoturluq xəstəliyi) və bitlərlə (bitlilik) törədilir. Yoluxucu xəstəliklərdir. Yoluxma bilavasitə xəstə ilə təmasa olduqda, habelə onun yataqda camaşırından və paltarından istifadə etdikdə keçir. Parazit xəstəlikləri baş verməsinə natəmizlik, sanitariya-gigiyena qaydalarının pozulması, adamların sıx toplanması (vağzal, körpü və b. yerlərdə), ayrı-ayrı şəxslərin mədəni səviyyəsinin alçaqlığı və sanitariya-maarifi işlərinin zəif quruluşu səbəb olur.
Qoturluq- bədənə qoturluq gənəsinin dişisi düşdükdə baş verir (gənənin erkək dişini mayaladıqdan sonra məhv olur). Dişi gənə dərini sancmaqla dəridə onun səthinə paralel («tunel» - qoturluq yolu açır. Bunun əsas subyektiv əlaməti əksəriyyətlə gecə vaxtı bərk geyişmədir. Dəri səthində qeyd olunan obyektiv əlamətləri

 

ÇİBAN

Furunkul və ya ÇİBAN tük kisəciyinin dərin iltihabıdır. O, iltihab prosesinin tük kisəciyi ağzından dərinliklərə və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir.
İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyüncük kimi təzahür edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır.

Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir, zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın isə göyümtül, tünd-qırmızı rəngə çevrilir. Furunkulun başlanğıcından dörd-beş gün sonra onun zirvəsində irinlik əmələ gəlir, sonralar bir qədər yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır.

 

CİNSİ YOLLA KEÇƏN İNFEKSİYALAR

Antibiotik əsri olan dövrümüzdə cinsi yol ilə keçən infeksiyalar çox zaman gizli şəkildə, aşkar əlamətlər olmadan keçir. Bu, ikiqat təhlükə yaradır: bir tərəfdən belə xəstələr öz tərəf müqabilləri üçün yoluxma mənbəyinə çevrilir, digər tərəfdən infeksiya xəstənin özünə çoxsaylı fəsadlar törədir. Cinsi yol ilə keçən in- feksiyalar (CYKİ) - zöhrəvi xəstəliklərdən daha geniş anlayışdır.

«Cinsi yol ilə keçən infeksiyalar» anlayışına zöhrəvi xəstəliklərdən başqa, onlar qədər ağır fəsad törətməyən, lakin kişi və qadınlarda çoxsaylı fəsadların yaranmasına səbəb olan bir çox digərləri də daxildir. Bütün bu infeksiyaların fərqli cəhəti onların çox zaman simptomsuz keçməsi və insanın öz tərəf müqabilləri üçün yoluxma mənbəyi olaraq qalmasından ibarətdir.

CINSI ƏLAQƏ VASITƏSI ILƏ YOLUXAN XƏSTƏLIKLƏR

Dövrümüzün ən vacib problemlərindən biri olan çox əlaqə, yalnız əlaqələri deyil həyatı da təhdid edir. Dünyada hər il təxminən 330 milyon adam, cinsi təmasla keçən xəstəliklərə tutulur.
Bu xəstəliklərin çox sürətli yayılmasının ən əhəmiyyətli səbəbi, indiki vaxtda çox yoldaşlı bir cinsi həyatın sürətlə mənimsənir olması və cinsi əlaqə əsnasında prezervativ istifadə edilməməsidir.

Hər hansı bir çətinliyiniz olmasa belə, ən az ildə bir dəfə həkim idarəsindən keçməlisiniz. Xəstəlik ifadə edilərinin ortaya çıxması bəzən aylar, hətta illər müddət bilir. Xüsusilə bu xəstəliklər qadınlarda çox hiyləgər inkişaf edə bilir. Erkən yoxlanıldığında asanlıqla müalicə edilən bəzi xəstəliklər, gecikildiyində ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. 

 

DƏRİNİN GÖBƏLƏK XƏSTƏLİKLƏRİ

Dərinin göbələk xəstəlikləri patogen göbələklər tərfindən törədilir. Onlar insan və heyvanların dərisini, tüklərini və dırnaqlarını zədələyir. Göbələk xəstəliklərinin əsas xüsusiyyətləri bunlardır: onlar qaşınma törədir, həm dəridə, həm də tüklərdə qabıqlanma verir, kəskin yoluxucudurlar. Göbələklər bədənin istənilən yerini və başın tüklü hissələrini zədələyir. Bu zaman tüklər qırılır (saçqıran dəmrov və b.), dəridə ləkələr, digər səpgilər əmələ gəlir. Göbələk xəstəliklərinin bir qismi yalnız insandan və onun əşyalarından sağlam adamlara yoluxur, bəziləri isə heyvanlardan (it, pişik, mal-qara, at və s.) keçir. Elə göbələk xəstəlikləri də vardır ki, onların törədiciləri (yəni maya göbələkləri) bütün insanların dərisində, selikli qişalarda olur, lakin orqanizm zəiflədikdə (əsasən antibiotiklərin

 

ZİNANIN CİSMİ ZƏRƏRLƏRİ

Xeyli sayda zərərlərə malik olan böyük günahlardan biri də, zinadır. Burada yalnız onun cismi zərərlərinin bir hissəsinə toxunmaqla kifayətlənəcəyik.
Zinanın acı nəticələrindən biri də, cinsi əlaqə yolu ilə yaranan zöhrəvi xəstəliklərin yayılması və ya insan ömrünü zəiflik və xəstəliklə başa çatdıran onun yaratdığı çətinliklərdir. Hətta bir qrup insanlar, bu xəstəliklərdən qaynaqlanan cismi və ruhi sıxıntının təsiri altında, intihar edərək bununla da həyat iplərini öz əlləri ilə kəsirlər.

Qeyri-qanuni cinsi əlaqənin (zinanın) törətdiyi yoluxucu xəstəliklərdən bir sırası aşağıdakılardan ibarətdir:


1 – Sifilis
2 – Süzənək
3 – Şankr (yoluxucu zöhrəvi xəstəlik)
4 – QİÇS (SPİD, AİDS).


Zinanın gigiyenik cəhətdən evlənmə ilə hansı fərqi vardır?

CİNSIYYƏT VƏZİLƏRİ

Cinsiyyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formalaşmasında, eləcə də tərbiyə olunmasında böyük rol oynayır. Cinsiyyət vəzilərinin 1 komponenti olan xarici cinsiyyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Cinsiyyət vəziləri başqa daxili sekresiya vəzilərinin funksiyalarına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir. Cinsiyyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı cinsi hormonlar da hazırlanır. cinsiyyət orqanları,kişi cinsiyyət orqanının şəkili,qadın cinsiyyət üzvü, cinsiyyət üzvləri.
Kişi cinsi orqanının toxumluğun daxilində Leydinq hüceyrələrində androgenlər (andros-yunanca kişi deməkdir) -1 neçə hormonlar sintez olunur. Bu hormonlar testosteron, hidrostendion, аndrоsteron və. s. aiddir. Bu hormonlar bioloji fəallığı.

 

SIZANAQLAR

Sızanaqlar haqqında mif və reallıqlar

Birinci mif - «Sızanaq - yeniyetmə dövrünün xəstəliyidir». Bu fikirlə qismən razılaşmaq olar, çünki sızanaqlar yeniyetmənin cinsi yetişkənliyi dövründə daha çox müşahidə edilir. Bununla belə, qeyd olunmalıdır ki, digər yaş qrupundan olan insanlar da sızanaqlardan əziyyət çəkirlər. Məsələn, iyirmi yaşını adlamış qızlarda da sızanaqlar peyda olmağa başlayır. Hətta qırx yaşında olan qadınlarda belə, sızanaq müşahidə etmək mümkündür.

İkinci mif- «Sızanaq düzgün qidalanmamanın nəticəsidir». Ümumiyyətlə, düzgün qidanmamağın sızanaqların yetişməsinə səbəb olması barədə yekdil fikir yoxdur. Bununla belə, bəzi həkim-kosmetoloqlar pasiyentlərinə daha az şokolad, qoz və pendir yeməyi məsləhət görürlər. Digər həkimlər isə, əksinə, hesab etmirlər ki, şokolad, pendir və ya qoz.

ZÖHRƏVİ XƏSTƏLİKLƏR-SİFILİS VƏ SÜZƏNƏK

Süzənək - əksəriyyətlə sidik - cinsiyyət üzvü yolunu zədələyən ümumi yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi - qonokokkudur. İnkubasiya dövrü orta hesabla 3-6 gün davam edir. Xəstəlin istər kişilərdə və istərsə qadınlarda siyimək zamanı sidik kanalına kəskin ağrı və sidik kanalından çoxlu irinli ifrazatın çıxması ilə başlanır. Müalicə olunmadıqda və ya o kifayət qədər edilmədikdə xəstəlik uretranın arxa hissəsinə yayılır. Bu zaman siyimənin sonuna yaxın ağrılar şiddətlənir və tez-tez işəmə meyli hiss edilir. 


Şəxsi profilaktika aşağıdakı qayda üzrə keçirilir. Kişilərdə:

 

1) gələn xəstə siyiyir və əllərini sabunlu su ilə diqqətlə yuyur; 
2) cinsiyyət üzvünü, xaya kisəsini, qasığı budu və aralığı isti su.

 

ALLERGİYANIN DİAQNOSTİKASI

Allergiyanın diaqnostikasının müxtəlif üsulları vardır. Yalnız xəstəni kompleks şəkildə müayinə etdikdən sonra ona düzgün diaqnoz qoymaq olar. Xəstənin kompleks müayinəsi həkim-allerqoloqun müayinəsilə başlayır. Həkim xəstənin şikayətlərini dinləyir, xəstəliyin ilk dəfə necə başlamasını, onun inkişaf etməsinin xüsusiyyətlərini, allergiyanın hansı şəraitdə maksimal şəkildə təzahür etdiyini, yaxın qohumlarında allergik xəstəliklərin olub-olmamasını, məişət və iş şəraiti və s. barədə olan məlumatları soruşur. Bundan sonra isə həkim aşağıdakı müayinələri təyin edə bilər:

DƏRI SINAQLARI 


Bu sınaqlar — insanda allergiyanı məhz hansı allergenlərin törətdiyini müəyyən etmək üçün icra olunur. Sınağı yerinə yetirmək üçün bazuönü sahənin içəri səthindəki dəri iynə ilə kiçik bir ölçüdə cızılır və ya deşilir.

 

ÜZDƏ SIZANAQ YARADAN QIDALAR

Üzdəki sızanaqların yaranmasının bir çox səbəbləri olsa da, gündəlik qidalarımızın da bunda müəyyən rolu var.

 

Pəhriz saxlayanlar üçün nəzərdə tutulmuş içkilər:

Belə içkilərin tərkibində olan maddələr üzdə sızanaq yaranmasının başlıca səbəblərindən biridir. Dərinin pH səviyyəsini aşağı salan belə süni içkilərdən uzaq durub evdə hazırladığınız təbii meyvə sularını və kompotları içmək daha məsləhətdir.

İşlənmiş qidalar:

Marketlərdə satılan qablaşdırılmış qidalar, hazır meyvə suları, pizza, hamburger və s. belə qidalar sırasındadır. Bu qidaların tərkibində xüsusi kimyəvi maddələr olduğu üçün allergiya da yarada bilər. Sizə bu qidalardan hansının təsir edib, hansının təsir etmədiyini test edərək yoxlaya bilərsiniz. 

Ədviyyat:

Həddindən artıq ədviyyatlı qidalar istifadə etməyiniz həzm prosesinə zərər verə bilər.

 

UŞAQLARDA DƏRI XƏSTƏLIKLƏRI

Uşaqların dərisinə qulluq etmək çox böyük əhəmiyyətə malikdir. Uşaqların dərisi böyüklərə nisbətən nazik, zərif, piy və tər vəziləri isə nisbətən azdır.

Dərinin və ümumilikdə orqanizmin müdafiə reaksiyası böyüklərə nisbətən uşaqlarda xeyli zəif oldugundan, onlarda dərinin infeksiyalaşması və dəri xəstəliklərinin əmələ gəlməsi daha tez baş verir. Ən erkən dövrlərdən uşağı şəxsi gigiyena qaydalarına riayət etməyə alışdırmaq lazımdır. 

Əsas gigiyena qaydaları isə aşağıdakılardır:

 

— Səhər və axşam əl-üzünü yumaq.
— Yalnız yeməkdən qabad və tualetə getdikdən sonra deyil, məktəbdən, gəzintidən qayıtdıqda, heyvanlarla oynayandan və s. bu kimi hallardan sonra da əlləri yumağa adət etmək.
— Gündəlik olaraq xarici cinsiyyət üzvlərini yumaq və alt paltarlarını dəyışmək.
— Mütəmadi olaraq.

DIRNAQLARDA DƏYIŞIKLƏR HANSI XƏSTƏLIYIN XƏBƏRÇISIDIR

Dırnaqlarda meydana gələn dəyişiklər bir çox xəstəliklərin ilkin əlaməti hesab edilə bilər. Bəs, hansı dəyişiklər hansı xəstəliyin xəbərçisidir?

Solğun dırnaqlar 

 

Yaş artıqda dırnaqların rəngində solğunluq müşahidə edilir. Ancaq qısa müddət ərzində onların rənginin birdən birə dəyişməsini müşahidə etsəniz, vaxt itirmədən həkimə müraciət edin. Çünki bu, qan azlığı, ürək, qaraciyər proqblemlərinin xəbərçisi ola bilər.

Sarı dırnaqlar 

 

Tez-tez qırmızı dırnaq boyasından istifadə onların rənginin saralmasına yol aça bilər. Amma tez sevinməyə dəyməz. Çünki bu, göbələk xəstəliyinin də əlaməti sayıla bilər. 

Göyərən dırnaqlar 

 

Dırnaqlarda maviləşmə bədənin oksigen qəbulu ilə bağlı problemi olduğunu göstərir. Adətən bu, ağciyər və diabetin əlaməti sayılır.

 

DODAQLARDA HERPES

Bəzən insanların dodaqlarında xırda qaşınan səpgilər əmələ gəlir. Bu səpgilərin səbəbi 1-ci tip herpesdir (sadə herpes). İlin soyuq aylarında dodaqlarda herpesin əmələ gəlməsi ehtimalı artır.

Herpes virusdur. Həkimlərin araşdırmalarına əsasən, dünyada insanların 90% bu virusun daşıyıcısıdır. Herpes hava-damcı, cinsi yolu ilə və uşaq ana bətnində olarkən anadan uşağa keçir. Məhz bu səbəbdən insanların əksəriyyətində bu herpes var.

Lakin herpes insanların təxminən 30%-də özünü büruzə verir, digərlərində isə heç vaxt büruzə vermir. Bunun səbəbini həkimlər genlərdə görür. Genlərin müəyyən birləşməsi insanda bu infeksiyaya olan həssaslığını artırır. Bu səbəbdən bəzi insanlar herpesin nə olduğunu bilmir, bəziləri isə bütün həyatı boyu onunla mübarizə aparır.

 

VITILIQO XƏSTƏLIYI

Vitiliqo xəstəliyi (latın dilində «vitium» — «qüsur») qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir. 

Dəridə olan «melanin» adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə «boyayır») azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir. 

Bu xəstəlik hətta bizin eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb. 

Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal hazırda dünyada orta hesabla 30 mln. insanlar bu xəstəlikdən əziyyət.

 

AYAQLARDA GÖBƏLƏK

Bu problemlə bir çox insanlar üzləşir. Pəncələrdə, barmaqlar arasında, bədənin digər yerlərində dəri qızarır, iltihablaşır, soyulur, güclü qaşınır. Tibbdə buna mikoz deyilir.

Mikoz daha təz-tez hallarda ayaqları zədələyir. Lakin mikoz insanın bədəninin digər hissələrində də (ovuclarda, əl barmaqları arasında, sinədə, beldə, budlarda, cinsiyyət orqanları nahiyəsində) inkişaf edə bilər. Buna niyə məhz «göbələk» deyilir? Bu iltihabı həqiqətən də mikroskopik göbələk törədir.

Adətən bu xəstəliyə insanlar digər insanlardan hovuza, hamama, saunaya, idman zalına getdikdə tutulurlar. Bu səbəbdən xəstəliyin profilaktikası üçün belə yerlərdə ayaqyalın gəzməyin, özünüzlə şap-şap götürün. Bu infeksiyaya yoluxmaq çox asandır, lakin onu müalicə etmək üçün bəzən çox vaxt tələb olunur.

 

KUPEROZ

Kuperoz dəridə qan dövranının pozulmasına deyilir. Bu xəstəlik ilə kosmetoloji və dermatoloji müalicə üsullarının köməkliyi ilə mübarizə aparmaq olar. Kuperoz ilə xəstələnmənin əsas səbəbi həssas dəriyə sahib olmanızdır.Beləki, bu zaman üz dəriniz əlverişsiz mühit şəraitində ona qaşınma, göynəmə, iltihablaşma, qızarma kimi əlamətlərlə reaksiya edəcəkdir. Üzün daha çox çənəaltı. burun, alın nahiyyələri və yanaq dərisində müşahidə oluna bilər. Ancaq konkret olaraq istənilən nahiyyədə və sərhədsiz bir şəkildə inkişaf edə bilər.Daha sonra isə üz dərinizin damarları genişlənir, elastikliyini və qızarıqlığını itirir və şişkinlik daimi xarakter almağa başlayır.Bu daha çox parlaq dəriyə sahib insanlarda müşahidə olunur.