HAQQIMIZDA

Hər Bir İnsan Keyfiyyətli Məhsul və Tibbi Xidmətlərə Layiqdir !

Sağlam Yaşamağınız üçün Bizə Müraciyyətiniz Kifayyətdir !

2006-ci ildə Bakı şəhərində “Nərgiz” təbii üsullarla müalicə mərkəzi fəaliyyətini göstəməyə başladı. Bu müddət ərzində nəinki paytaxtın tibb mərkəzlərin arasında çox böyük nüfuz qazanmışdır, eyni zamanda Qafqazda, MBD və dünyanın bir çox ölkələrdə tanınır. 3 mərtəbədən ibarət olan “Nərgiz” tibbi mərkəzimizdə çoxprofilli, ən müasir yenilikləri ilə, Beynalxalq standartlara uyğun peşəkar, təcrübəli həkimlərimiz tərəfindən keyfiyyətli xidmətlər həyata keçirilir. Mərkəzimiz müasir tibbi təlabatlara və standartlara uyğun yüksək səviyyəli interyerə malikdir. Bizim fəaliyyətimizin əsas prinsipi əhaliyə təbii bitkilərlə yüksək səviyyəli müxtəlif sahələr üzrə tibbi xidmət göstərməkdir.

“Nərgiz” tibb mərkəzmizdə geniş profildə xidmətlər göstərilir: Fitoterapiya, Pediatriya, Ginekologiya, Andrologiya, Qastroenterologiya, Terapiya, LOR, Kardiologiya, Endokrinologiya, Kosmetologiya, Nevrologiya, Oftalmologiya, Fizioterapiya və Reabilitasiya.  Azərbaycanın  tanınmış həkimləri, yüksək ixtisaslı professor, ali dərəcəli, tibb elmləri namizədi, həmçinin xarici ölkələrdə təkmilləşmiş həkimlər xidmət göstərməkdədir. Amerikada, Avropada aparıcı şirkətlərin müasir diaqnostika və müalicə avadanlıqları ilə təchiz olunub. Sanitar normalara cavab verən Avropa standartlarına uyğun analizatorları - cihazları ilə, yüksək keyfiyyətli reagentlərlə təmin olunmuş laboratoriyamız xidmətinizdədir. Diaqnostik: EKQ, EXOKQ, Rentgen, Endoskopiya, USM, üz dərisinin və saç dibinin müayinələri aparılır.