HAQQIMIZDA
Bakı şəhərində fəaliyyət göstərən NƏRGİZ təbii üsullarla müalicə mərkəzi 2006 – ci ildən sizin xitmətinizdədir.. Bu müddət ərzində paytaxtın tibb mərkəzləri arasında çox böyük nüfuz qazanmışdır. NƏRGİZ təbii üsullarla müalicə mərkəzinə müraciət edən xəstələrin sayı gündən-günə artır. Azərbaycan Respublikasının bütün bölgələrindən tibb mərkəzinə müraciət edirlər. NƏRGİZ təbii üsullarla müalicə mərkəzində mütamadi olaraq İRANdan gələn həkimlər sizlərə müxtəlif tibbi sahələrdə xidmət göstərir. NƏRGİZ təbii üsullarla müalicə mərkəzində ən müasir diaqnostik cihazların və laborator analizlərin köməyi ilə xəstəliklərin dəqiq diaqnozu qoyulur. Bizim fəaliyətimizin əsas prinsipi xəstələrə təbii bitkilərlə yüksək səviyyəli tibbi xidmət göstərməkdir. NƏRGİZ təbii üsullarla müalicə mərkəzində yüksək ixtisaslı professor, tibb elmləri namizədi, ali dərəcəli həkimlər fəaliyyət göstərir. NƏRGİZ təbii üsullarla müalicə mərkəzində çalışan yüksək ixtisaslı həkimlər effektiv müalicə üsullarından olan plazmafarez, ozonoterapiyadan istifadə edərək xəstəlikləri dəqiq müalicə edirlər.
NƏRGİZ təbii üsullarla müalicə mərkəzində ən müasir texnologiya olan hidrokolonterapiya üsulundan istifadə etməklə mədə-bağırsaq traktının kəskin və xroniki xəstəlikləri effektiv müalicə olunur. Bu metodun köməyi ilə orqanizm, xüsusən, mədə-bağırsaqlar təmizlənir, ona görədə arıqlama və orqanizmin cavanlaşması proqramını həyata keçirmək üçün hidrokolonterapiyadan istifadə olunur. Bir sıra ginekoloji xəstəliklərin, həmçinin, immun mənşəli sonsuzluqların müalicəsində tibb mərkəzi böyük nəaliyyətlər qazanmışdır. NƏRGİZ təbii üsullarla müalicə mərkəzi şəkərli və şəkərsiz diabetin vəqadınlarda klimakterik nevrozun ən müasir üsullarla müalicə aparılır. Bizim tibb mərkəzində yüksək professional səviyyədə venaların varikoz genəlməsi skreloterapiya üsulu ilə müalicə olunur. Bir sözlə, NƏRGİZ təbii üsullarla müalicə mərkəzi müraciət edən hər bir şəxs yüksək səviyyəli tibbi xidmət almaqla yanaşı tibb personalının qayğısı ilə əhatə oluna bilər.
15
TƏCRÜBƏ
4527
MÜALİCƏ
26
SERTİFİKAT
19
PEŞƏKAR
7 Azərbaycan patenti , 4 Avrasiya, 1 dünya patentinin sahibidir. Dünya patenti Hb, Qaraciyər müdafiəedici, öd qaraciyər iltihab əleyhinə alınmışdır. Bu dünya patenti 159 ölkə tərəfindən tanınır və bu ölkələrdə keçərlidir. Elmi praktiki jurnalın orjinal məqalələr və yaponiyanın international of Scienees jurnalında da orjinal məqalələr bölümündə dəri xəstəlikləri haqqında geniş məqalələri dərc olunmuşdur. Bir çox xarici ölkələrdə 7 yaxın elmi məqalələri dərc olunmuşdur. Məlahət xanım hal - hazırda Kiev T. Şevcenka adına Dövlət universitetinin elmi işçisi və desertantıdır. Məlahət xanımın son aldığı patentə görə də təbrik edirik. Bu patent qurd müalicəsinə əsas da lyambliya əleyhinə Avrasiya patentidir.
International Patent

![]() Məlahət Balzamı və Geli - Patent | ![]() Məlahət Balzamı və Geli - Patent | ![]() Məlahət Balzamı və Geli - Patent |
---|---|---|
![]() Məlahət Balzamı və Geli - Patent |





“Məlahət” balzamı və geli saçların yağlanmasının və tökülməsinin qarşısını alır, yeni tüklər əmələ gəlməsinə stimul verir. Onun antimikrob, antifunqal və antibakterial aktivliyi kəpəyə, səpgilərə və seboreyaya təsir edərək onları aradan qaldırır. Saçların sağlam uzanmasına və canlı olmasına səbəb olur, aktiv saç follikullarını qidalandırır, saç tellərini qalınlaşdırır, canlandırır, saçın həcm və gücünü artırır. Total alopeciya (tam keçəlləşmə) olan hissələrə tük gətirir.
Beynalxalq Əlaqələr



ƏLAQƏ ÜÇÜN
Ünvanımız
Bakı şəhəri, Sabit Rəhman küçəsi 11, döngə 1
Email: nergizmedica@mail.ru
012 437 28 03
012 437 28 04
012 541 72 72
012 541 70 70
055 319 81 22
050 319 81 22
Telefon:
Mobil:
Nərgiz Klinikasına gəlmək üçün:
Gənclik metrosundan 38 saylı avtobus (1,9 km)
28 May metrosundan 61 saylı avtobus (3,1 km)
Neftçilər metrosundan 69 saylı avtobus (10,8 km)
Hər gün – 09:00-18:00
Bazar günü – 09:00-14:00