İsmayılzadə Fəridə Ənvər qızı

Həkim nevropatoloq, tibb elmləri namizədi (1989).

 

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmişdir (1977).

 

N.A.Semaşko adına 1 nömrəli şəhər klinik xəstəxanasında internatura keçmiş (1977-1978), şəhər 16 nömrəli poliklinikada həkim-nevropatoloq işləmişdi (1979-1981).

 

Sonra Azərbaycan Həkimləri Təkmilləşmə İnstitutunda nevropatoloq ixtisası üzrə dördaylıq kurs keçmiş, 1 nömrəli poliklinikada həkim iynə-refleksoterapevt nevropatoloq vəzifəsində çalışmışdır.

 

Həmin eyni zamanda Moskva Həkimləri Təkmilləşmə İnstitutunda refleksoterapiya kafedrasında iynə terapiyası üzrə uç aylıq “Nevropatologiyanın aktual məsələləri” mövzusunda təkmilləşmə kursu keçmiş(1983), iynəbatırmanın bəzi immunoloji xüsusiyyətlərini öyrənmiş, Moskvada “Nevroloji təzahürləri olan bel osteoxondrozu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu Azərbaycanda əsasında iynəbatırma duran ilk dissertasiyadır.

 

Fəridə İsmayılzadə Azərbaycan Elmi Tədqiqat İnstitutunun Tibbi Bərpa İnstitutunda kiçik elmi işçi (1988-1993), Moskvada manual terapiya və masaj üzrə biraylıq kurs keçdikdən sonra (1993) elmi işçi və 1994-cü ildən baş elmi işçi vəzifələrində çalışmışdır.

 

Respublika və xarici ölkə mətbuatında otuz beş elmi məqaləsi dərc olunmuşdu.

Qeydiyyatdan keçin

Həkim azad olan kimi sizə zəng edəcək