Kamranov Afiq Yusif oğlu

Tibb Elmləri Namizədi – 1975-1976-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. 5il terapevt işlədikdən sonra 1981-ci ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstutunda məqsədli aspiranturaya daxil olmuşdur. 1984-cü ilin dekabrında namizədlik dissertasiyasını bitirib təhvil vermişdir və Azərbaycan Kurortologiya və Fizioterapiya elmi tədqiqat institutuna işləməyə göndərilmişdir. 1986-cı ildə Moskva şəhərində Mərkəzi həkimləri təkmilləşdirmə İstutunda “Klassik və seqmentar massajın deformasiyaedici osteoartroz xəstəliyində tətbiqinin elmi əsaslandırması” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi alib. 1985-ci ildən bəri kiçik elmi işçidən baş elmi işçi vəzifəsinə yüksəlmişdir.

1989-cu ildə Moskva şəhərində manual terapiya kursu bitirib sertifikat almışdır. Müxtəlif xəstəliklərdə: osteoxondroz, osteoartroz, skolioz, aşağı ətraf damarlarının aterosklerozu beyin qan dövranı pozğunluğu və.s xəstəliklərin kompleks müalicəsində müalicə masajının tətbiqinə dair və manual terapiya dair elmi işlər aparmışdır. 1981-ci ildən müalicəvi masaj növlərini, 1990-cı ildən isə manual terapiyanı praktik olaraq şəxsən tətbiq etmişdir.

Qeydiyyatdan keçin

Həkim azad olan kimi sizə zəng edəcək