Laborayoriya

Laboratoriya diaqnostikası tibb elminin bir hissəsini təşkil edir.

O xəstəliyi və onun gedişatını laboratoriya müayinə üsulları ilə öyrənir və diaqnozun təyin edilməsində lazımi məlumatları verir. Elmin bu sahəsi xəstəliyin diaqnozunun düzgün təyin edilməsində əsaslı rol oynayır.

 

Təbii üsullarla müalicə mərkəzi olan “NƏRGİZ KLİNİKA”sında fəaliyyət göstərən laboratoriyada ən yeni avadanlıqlar və cihazlar quraşdırılmışdır.

1. Stat-Fax - biokimyəvi analizlər üçün yarımavtomat 2010-cu ildə alınmışdır. Hal-hazırda istifadə olunur.

2. Stat-Fax - immunoloji analizlər üçün yarım avtomat 2001-ci ildə alınmışdır (Almaniya aparatlarıdır).

3. Rayto – hemotoloji analizator 18 parametrden ibarət qanın ümümi analizini etmək üçün istifadə olunur. 2013-cü ildə alınmışdır.

4. MediWİSS – Analijtic Gmbh - allergik analizləri yerinə yetirmək üçün istifadə olunan aparat. Bunun vasitəsilə 30 parametrdən ibarət qida və 30 parametrdən ibarət tənəffüs allergenləri işlənir. 2014-cü ildə alınmışdır.

5. MediWİSS – Analijtic Gmbh - allergik analizləri yerinə yetirmək üçün istifadə olunan aparat. Bunun vasitəsilə 30 parametrdən ibarət qida və 30 parametrdən ibarət tənəffüs allergenləri işlənir. 2014-cü ildə alınmışdır.

6. Motic firmasının mikroskopu və ona qoşulmuş monitorlu ekran. Bunun vasitəsilə qan, sidik, nəcis, yaxma və spermaqrammanın görüntülü ekranda analizləri olunur. Yaponiya istehsalıdır. 2012-ci ildən istifadə olunur.

“NƏRGİZ KLİNİKA”sının laboratoriyasında

 

1. Kliniki

2. Biokimyəvi

3. Koaqulopatoloji

4. Hemotoloji

5. Seroloji

6. Immunoloji və allerqoloji

7. Mikrobioloji, baktoroloji

8. İnfeksion və zooinfeksion xəstəliklər 

    Və digər göstərişlərdə immunoferment analizi kimi laborator müayinələr aparılır.

 

Kliniki analizlərin köməyi ilə bir çox xəstələrə diaqnoz qoyulur.

 

“NƏRGİZ KLİNİKA”sında qan azlığı – animiya və onun müxtəlif formaları, leykozlarmioleykozlar, eritrolastlar, eritromieloz, mononukleoz, limfaqranulomatoz kimi xəstəliklərin diaqnozu qoyulur. Eyni zamanda, dizenteriya, brusselyoz və malyariyaya görə laborator müayinələr aparılır. Nəcisin müayinəsi ilə insan orqanizimində parazitlik edən bir çox qurdların yumurtaları aşkarlanır.

 

Laboratoriyada sidiyin həm kliniki, həm də biokimyəvi analizləri olunur.

Kliniki laboratoriyada eyni zamanda dəridə və saç kökündə demodeks aşkarlanır. Prostat şirəsi, sperma, qadın və kişi yaxmalarının, anusdan qaşıntı və s müayinələri kliniki laboratoriyada aparılır.

 

Biokimyəvi analizlərin aparılmasının əhəmiyyəti böyükdür. Bu analizlərlə insan orqanizimdə gedən biokimyəvi prosessləri və dəyişiklikləri izləmək mümkündür.

 

Analizlər biokimyəvi analizatorlarla həyata keçirilir. ALT, AST, GG, bilrubin ( ümumi) və onun fraksiyaları, xolestrin, qlukoza, triqliserid, kreatinin, sidik cövhəri, sidik turşusu, azot qalığı, ümumi zülal, qələvi və turş fosfatoza, HDL, VLDL, LDL, amilaza və s kimi biokimyəvi analizlər olunur. Burada revmotizim və qırmızı qurd eşənəyinin diaqnozu qoyulur.

 

Koaqoloqramma – yəni protrambin indeksi, protarmbin vaxtı, İNR təyini ilə aparılır. Koaqulopatik analizlər qanın laxtalanma qabiliyyətinin artması, damar daxili laxtalanma və s kimi patalogiyaların diaqnostikasında mühüm rol oynaır.

 

“NƏRGİZ KLİNİKA”sının laboratoriyasında müxtəlif allerqoloji sınaqlar aparılır. Burada xəstələrin həm ekoloji, həm də qida faktoruna qarşı olan həssaslığı müəyyən olunur. Allergik panellərdə olan müayinə xüsusi əhəmiyyət kəsb edir.

 

İmmuno-fermentativ analizlərin köməyi ilə daha mükəmməl müayinələr aparılır.

İmmunoferment üsulla biz hamiləliyin gedişinə, problem törədən infeksiyalardan sitomeqalovirus, herpes I,II, rubella, toksoplazma, xlamidiya, brucella, ureplazma, mikoplazma və s analizləri aparırıq.

 

Eyni zamanda qızlarda yetkinlik dövründə hormonal pozğunluqlar, tüklənmə, kişi və qadın sonsuzluğu, cinsi zəiflik və s kimi hallarda progesteron, testesteron, estradiol və s hormonların laborator müayinəsi aparılır. Bununla yanaşı qalxanvari vəzin (ZOB) pozğunluqları – hipo- və hiper-funksiyaları zamanı T3, T4, TSH kimi hormonların müayinəsi də aparılır.

 

Bu analizlərlə paralel ultrasəs (USM) müayinəsinin tətbiq olunması xəstəliklərin dəqiq diaqnozunun qoyulmasında yaxından kömək edir. Tətbiq olunan yüksək keyfiyyətli müalicə üsulları yaranmış istənilən növlü problemlərin aradan qaldırılmasına yaxından kömeklik edir.

 

Bakterioloji analizlərdən qanın bakterioloji sterilliyə görə yoxlanılması, disbakteriozun aşkarlanması və antibiotiklərə (30-a yaxın) həssaslığın yoxlanılması yüksək səviyyədə yerinə yetirilir.Bizim klinikada həmçinin sidiyin və nəcisin ümumi analizləri, sidikdə bilrubun, urobilinogen, zülal və şəkərin müxtəlif üsullarla aşkarlanması, Bens-Conson hissəciklərinin müəyyən olunması, nəcisin helmintoloji müayinəsi, spermoqramma, uretra möhtəviyyatının, prostat vəzi şirəsinin mikroskopiyası, patogen göbələklərin aşkarlanması kimi analizlər yerinə yetirilir. Eyni zamanda qanda lipid mübadiləsinin məhsulları olan triqliseridlər, yüksək, aşağı və çox aşağı sıxlıqlı lipidlər, xolesterin təyin olunur.

 

Analizlər yüksək ixtisaslı tibbi kadrlar tərəfindən Amerika, Fransa, İtaliya, Almaniya və Rusiya istehsalı olan müasir tibbi avadanlığın köməyi ilə yerinə yetirilir.

Nargiz-Klinikasi-Azerbaijan-Baku-Lab-0006