Allahverdiyeva Lalə İsmayıl qızı

 Tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya” kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi, Bakı şəhəri Baş allerqoloqu.

NAXÇIVAN DUZUNU DÜNYAYA TANIDAN ALİM

 

   7 aprel – 1 may 2017-ci il tarixində ABŞ-da Nyu-York şəhərində Ümumdünya Tibbdə Reabilitasiya və İmmunoreabilitasiya konqresi və Ümumdünya immunopatologiya təşkilatı tərəfindən X Allergiya, Astma, XOAX üzrə illik Beynəlxalq Forum keçirildi.

 

   Tədbirdə MDB, Amerika, Asiya, Avropa və Afrikanın 50-dən çox ölkəsindən nümayəndə iştirak edib. Mühazirəyə Mario Sançez Borqes - Dünya allerqoloqlar təşkilatının prezidenti, Valter Kanonika - İNTERASTMA beynəlxalq cəmiyyətinin həmsədri (İtaliya), Alen Kaplan – WAO  (World Allergy Organization) eks-presidenti və Amerika allerqoloqlar-immunoloqlar akademiyasının fəxri üzvü , Bryan Martin - Amerika allerqoloqlar-immunoloqlar akademiyasının eks-prezidenti , Rudolf Valenta – Vyana Tibb Universitetinin allergiya tədqiqatı və patofiziologiya şöbəsi, immunopatologiya şöbəsinin müdiri (Avstriya), Ronald Dahl - Avropa respirator cəmiyyətinin eks-prezidenti (Danimarka) və başqaları kimi dünya şöhrətli elm xadimləri cəlb olunmuşdu. Forum iştirakçıları allerqoloji tədqiqatların əsas nəticələrini və kliniki praktikada onların tətbiqini nəzərdən keçirdilər.

   

   Elmi forumun proqramında allerqologiya və immunologiya sahəsində müxtəlif kliniki vəziyyətlərdə aktual suallar müzakirə olundu. Bu mövzu hələ də həm allerqoloq və immunoloqlar, həm də praktikasında allergiya və immunopatologiya əlamətləriylə rastlaşan digər sahə həkimləri üçün ən məşhur və aktual olaraq qalır.

Bu forumda Azerbaycanı  ATU-nun “Allerqologiya və Klinik Immunologiya“ kafedrasının müdüri, Baki şəhəri baş allergologu, Tibb elmləri doktoru, proffesor L.İ.Allahverdiyeva  təgdim edib

 

   Forumun müzakirələri çərçivəsində professor Lalə Allahverdiyeva respirator allerqopatologiya sahəsində 2 məruzə təqdim etdi. “Atopik bronxial astmalı uşaq və yeniyetmələrdə speleoterapiyanın effektivliyi” (həmmüəlif  Nailə Əfəndiyeva ). İkinci məruzə “Allergik rinit və bronxial astma olan uşaqlarda sublinqval allergenspesifik immunoterapiya”  (həmmüəlif  Nazilə Ələkbərova )  təqdim edildi.

 

   Təqdim edilmiş  məruzələr müxtəlif ölkə iştirakçıları və eləcə də kommisiya üzvləri arasında böyük maraq oyatdı. Prof. L.İ.Allahverdiyeva və N.A.Ələkbərovanın “Allergik rinit və bronxial astma olan uşaqlarda sublinqval allergenspesifik immunoterapiya” adlı məruzəsi elmi əhəmiyyətinə qörə I yerə layiq görülmüş və sertifikat almışdır.

 

   Bundan başqa, dünyanın fərqli yerlərindən gəlmiş həkimləri və alimləri Azərbaycan Respublikasının Naxçıvan bölgəsində yerləşən duz mağaralarının müalicəvi və reabilitasiya imkanları və burada speleoterapiya üstünlükləri ilə tanış etmək üçün prof. L.İ.Allahverdiyeva plakatlar, broşürlər, məqalələrdən ibarət ekspozisiya sərgilədi və qısa film nümayiş etdirdi. Bu şərh Amerika, İspaniya, İngiltərə, Rumıniya, Bolgaristan, Russiya, Filippin və digər ölkələrdən olan alimlərdə maraq oyatdı və onlar bilavasitə tənəffüs sağlamlığının bu təbii mənbəyi ilə tanış olmaq istədiklərini qeyd etdilər.

 

   Həmçinin prof. L.İ.Allahverdiyeva Forumun plenar iclaslarından birinə sədrlik etmişdir.

Ümumiyyətlə, Forum yüksək elmi səviyyədə keçirildi, praktiki və nəzəri allerqologiya sahəsində mövcud elmi bilik mübadiləsi üçün böyük əhəmiyyət kəsb edirdi.

Qeydiyyatdan keçin

Həkim azad olan kimi sizə zəng edəcək