MELAHAT MƏHSULLARI

Mehsulların Ünvana Çatdırılma xidməti Üçün Qaynar Xett 055 819 86 03

Melahat  Balzamları.
Melahat  Gelləri

“Məlahət” Balzamı və gelı

“Məlahət” balzamı və geli saçların yağlanmasının və tökülməsinin qarşısını alır, yeni tüklər əmələ gəlməsinə stimul verir. Onun antimikrob, antifunqal və antibakterial aktivliyi kəpəyə, səpgilərə və seboreyaya təsir edərək onları aradan qaldırır. Şaçlarının sağlam uzanmasına və canlı olmasına səbəb olur, aktiv saç follikullarını qidalandırır, saç tellərini qalınlaşdırır, canlandırır, saçın həcm və gücünü artırır. Total alopesiya (tam keçəlləşmə) olan hissələrə tük gətirir.

İstifadə qaydası:

Hər gün 2 dəfə olmaqla səhər və axşam 5-10 dəqiqə saç dibi massajı olunur, sonra  balzam (gel) saç dibinə vurulur. 2-3 gün saç dibində qalır. Yuyan zamanı uşaq şampunu ilə (hər hansı) yuyulması məsləhətdir.

Kurs müalicəsi 3-6 aydır. Saç dərisi problemi və saçların tökülməsindən aslı olur. Alopesiyada və seboreyada uzun müddət istifadə olunmalıdır. Kurs müalicə tam şəkildə olunmalıdır.

Yaş məhdudiyyəti yoxdur, hər kəs istifadə edə bilər.

***

To play, press and hold the enter key. To stop, release the enter key.

Melahat Çayları RELAX TEA

Onlayın sifariş edin

 

RELAX TEA.

Əsəb əleyhinə çay

Tərkibi:

Zəncəfil kökü, istiotlu nanəyarpağı, pişikotu kökü və damotu.

İstifadəsinə göstəriş:

Sinir-emosional oyanıqlıq və stress, xroniki yorğunluq sindromu, yuxusuzluq, predmenstrual və klimakterik sindromlar, hipertireoz, hipertenzion sindrom, uşaqlarda (sinir-reflektor oyanıqlığı) enurez, nevrozlar  (kardionevroz, nevrasteniya), yuxusuzluq və digər nevroloji xəstəliklərin profilaktika və müalicəsində istifadə olunur.

İstifadə qaydası:

Bir filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Qəbul müddəti 15-30 gündür.

MELAHAT ÇAYLARI. ANTİ HELMİNT TEA

Onlayın sifariş edin

 

COMFORT TEA

Qəbizlik əleyhinə çay

Tərkibi:

Zəncirotu kökü, əmənkömənci otu, pərpətöyün otu, səna yarpağı, gicitkan yarpağı, murdarça meyvələri, şüyüd meyvələri.

İstifadəsinə göstəriş:

Yoğun bağırsağın atoniyası zamanı işlədici kimi istifadə olunur. Eləcə də tərkibindəki maddələr qaraciyərin ödqovucu və antitoksik funksiyasını gücləndirir və qəbizliyi aradan qaldırır. Həzm prosesini yaxşılaşdırır. Bütün növ qəbizliklərin profilaktika və müalicəsi istifadə olunur.

İstifadə qaydası:

Iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəqiqə dəmlənir və iki dəfə qəbul edilir. Xroniki qəbizlikdə isə gündə 3 dəfə, səhər və axşam qəbul edilir.Qəbul müddəti 20-30 gündür.

MELAHAT ÇAYLARI. QASTROPROTEKTOT

Onlayın sifariş edin

QASTROPROTEKTOT

Mədə 12-barmaq bağırsaq üçün çay

Tərkibi:

Zəncəfil kökü, bağayarpağı, pişikdili otu, gicitkan yarpağı.

İstifadəsinə göstəriş:

Xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzmolma prosesini yaxşılaşdıran çay kimi istifadə olunur. Müxtəlif etiologiyalı ishallar, enterkolit, dizenteriya salmonellyoz, disbakterioz, qusma, xroniki və kəskin qastritlərdə profilaktik və müalicə üçün istifadə olunur.

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Qəbul müddəti 15 gündür.

MELAHAT ÇAYLARI. ANTİTOXİN TEA

Onlayın sifariş edin

ANTİTOXSİN TEA

Qaraciyər, öd kisəsi, bağırsaqlar üçün

Tərkibi:

Zəncəfil kökü, solmazçiçəyi otu,quşqırxbuğumu otu, zəncirotu, çilpaqbiyan kökü və kökümsovu, qarğıdalı saçaqları, gülümbahar çiçəkləri, istiotlu nanə yarpaqları.

İstifadəsinə göstəriş:

Qaraciyər müdafiəedici və təmizləyici, toksiki hepatitlər (alkoqolizm, antibiotiklərin), diabetik hepatopatiya, hamiləliyin I-ci yarısının toksikozu, qaraciyərin piy distrofiyası, kəskin və xroniki hepatitlər həmçinində öd qovucu və iltihab əleyhinə həm profilaktik həm də müalicəvi təsiri var.

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan ) qaynar tökülür, 20 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan ) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür.

MELAHAT ÇAYLARI. BRONX LİFE TEA

Onlayın sifariş edin

BRONX LİFE

Bronxlar üçün çay

Tərkibi:

Zəncəfil kökü, gülxətmi kökü, əmənkömənci otu, dəvədabanı otu, sığırquyruğu otu, gülümbahar çiçəkləri.

İstifadəsinə göstəriş:

Bəlğəmgətirici, kəskin və xroniki bronxit, pnevmoniya (krupoz və bronxopnevmoniya), bronxial astma, göyöskürək bütün növ öskürəklərdə həm profilaktik həmdə müalicə məqsədi ilə istifadə olunur.

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür,15 dəqiqə dəmlənir,otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1stəkan), uşaqlarda 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Qəbul müddəti 14 gündür.

MELAHAT ÇAYLARI. STOP DİABET TEA

Onlayın sifariş edin

STOP DİABET TEA

Şəkər əleyhinə çay

Tərkibi:

Xırdalanmış sumaq meyvələri, zəncəfil, lobya tayları, adi çəpişotu, yerarmudu.

İstifadəsinə göstəriş:

Orta tip şəkərli diabet (yüngül və orta ağırlıqlı), piylənmə, postprandial hiperqlikemiya. Bütün növ diabetlərin müalicə və profilaktikasında istifadə olunur.

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 4-6 həftədir, il ərzində 3-4 kurs qəbul etmək lazımdır.

MELAHAT ÇAYLARI. URALİT TEA

Onlayın sifariş edin

URALİT TEA

Böyrəklər üçün çay

Tərkibi:

Zəncəfil kökü, qaraqınıq otu, qatırquyruğu otu, cəfəri otu, itburnu meyvələri.

İstifadəsinə göstəriş:

Sidikqovucu təsirinə görə çay hipertoniya xəstəliyində,ödemlərdə xroniki prostatitlərdə və xaya hidropsunda tətbiq olunur. Duzqovucu təsirə malikdir. Böyrək və sidik yollarının iltihabi xəstəliklərinin (sistit, uretrit, nefrit və s.) müalicə və profilaktikasında istifadə olunur.

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) ilıq halda qəbul edilir. İstifadə müddəti15-20 gündür.

WhatsApp Image 2021-07-07 at 20.41.17.jpeg
WhatsApp Image 2021-06-21 at 19.32_edited
WhatsApp Image 2021-06-21 at 19.32.22
WhatsApp Image 2021-06-21 at 19.33.54
WhatsApp Image 2021-06-21 at 19.34_edited