MƏMMƏDOVA SEVİNC

Məmmədova Sevinc Yusif qızı – 1981-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə II müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1987-1988-ci illərdə E.Efendiyev adına şəhər xəstəxanasında internatura keçib.

 

Terapiya profili üzrə 1989-cu ildən oktyabr ayından Bakı şəhər Nəsimi rayonu 5 saylı poliklinikada 1997-ci ilə qədər terapevt kimi fəaliyyət göstərib.

 

1997-ci ildən Səhiyyə Nazirliyi tərəfindən Milli Onkologiya Mərkəzində U.S.M kursuna gedib U.S.M mütəxəssisi sertifikatı almışdır. 1997-ci ildən etibarən 5 saylı poliklinikada U.S.M həkimi vəzifəsində çalışıb.

 

2013-cü ildə Türkiyə-İstanbul Nişantaşı Qazi xəstəxanasında 1 aylıq U.S.M kurs keçmişdir və sertifikat almışdır. 2014-cü il aprel-may aylarında Ə.Əliyev Həkimləri Təkmilləşdirmə İnstutunda 1,5 aylıq U.S.M ixtisası üzrə keçmişdir, sonra isə Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş plan üzrə attestasiyadan keçmiş və sertifikatlar almışdır.

 

2009-cu ildən etibarən əlavə olaraq “Nərgiz” klinikasında da U.S.M ixtisası üzrə həkim vəzifəsində çalışır.

Qeydiyyatdan keçin

Həkim azad olan kimi sizə zəng edəcək