BAŞ BEYİN DAMARLARININ ANEVRİZMASI

April 23, 2016

Baş beyin damarlarının anevrizması, arterial dövranının (villizin dövranı) arteriyalarının genişlənməsidir.

 

 

Etiologiyası

 

Bir qayda olaraq, anevrizma anadangəlmə deffektir, bəzən infeksiyanın nəticəsi  ola bilir (embolik və  ya  mikrotik anevrizma) Travmalar, ateroskeleroz, hipertonik  xəstəlik də anevrizmanın  etiologiyasında rol oynayır.

 

Patogenezi

 

Dağılmayan anevrizmada obyektiv nevroloji pozulmalar nadirən müşahidə  edilir və intrakranial struktura mexaniki  təzyiqlə əlaqədardır. Anevrizmanın dağılması  subaroxnoidal və ya parenximatoz   subaroxoidal qansızmaya gətirib  çıxarır (beyin insultu).

 

Simptomlar

 

Klinik gedişi  Anevrizmanın  Apopleksik və nisbətən nadir  forma-paralitik formaları ayırd edilir. Anevrizma uzun illər simptomsuz olur. 25% hallarda  xəstələr epizodik sefalgiyadan  əziyyət  çəkirlər ki, bu  ya  50% hallarda  migrenin  klinikası ilə  anolojidir. Anevrizmanın  paralitik  tipi  kəllə  sinirlərinin  çox zaman gözləri  hərəkət etdirən  və  görmə  sinirlərin, bəzən beyin yarımkurələrin sinirlərinin  ləng proqresivləşən  zədələnməsi  ilə  xarekterizə  olunur. Bir qayda olaraq  xəstədə  beyin şişindən  və ya  bazal  araxnuditdən  şübhələnirlər.

 

Etibarlı diaqnoz  yalnız  angioqrafiya   ilə  qoyula  bilər. Çox zaman  o  kisəli anevrizma  kimi  deyil, arteriovenoz angina  kimi  aşkar  olunur. Bu anadangəlmə  damar  defekti (malfomasiya) kliniki  olaraq  beyin  yarımkürələrinin ocaqlı  zədələnməsi  əlamətləri  və qıcolma  tutmaları ilə  xarekterizə  olunur.

 

Başın  auskultrasiyası  zamanı damar  küyü eşidilir. Beyinin  sıxılması  ilə  yanaşı  malformasiya, bir  qayda  olaraq təkrari subaraxnoidal  qansızmalar  meydana çıxır. Anervizmadan fərqli olaraq, subaraxnoidal  qansızmalar angina nəticəsində  törənir, uşaq yaşlardan  ortaya çıxır.

Please reload

Избранные посты

Эти продукты получили патент в 150 стран мира, а также Международный патент...

May 2, 2017

1/6
Please reload

Недавние посты

November 15, 2016

November 15, 2016

November 15, 2016

November 3, 2016

Please reload

Архив