BAŞ BEYİN DAMARLARININ ANEVRİZMASI

Baş beyin damarlarının anevrizması, arterial dövranının (villizin dövranı) arteriyalarının genişlənməsidir.

Etiologiyası

Bir qayda olaraq, anevrizma anadangəlmə deffektir, bəzən infeksiyanın nəticəsi ola bilir (embolik və ya mikrotik anevrizma) Travmalar, ateroskeleroz, hipertonik xəstəlik də anevrizmanın etiologiyasında rol oynayır.

Patogenezi

Dağılmayan anevrizmada obyektiv nevroloji pozulmalar nadirən müşahidə edilir və intrakranial struktura mexaniki təzyiqlə əlaqədardır. Anevrizmanın dağılması subaroxnoidal və ya parenximatoz subaroxoidal qansızmaya gətirib çıxarır (beyin insultu).

Simptomlar

Klinik gedişi Anevrizmanın Apopleksik və nisbətən nadir forma-paralitik formaları ayırd edilir. Anevrizma uzun illər simptomsuz olur. 25% hallarda xəstələr epizodik sefalgiyadan əziyyət çəkirlər ki, bu ya 50% hallarda migrenin klinikası ilə anolojidir. Anevrizmanın paralitik tipi kəllə sinirlərinin çox zaman gözləri hərəkət etdirən və görmə sinirlərin, bəzən beyin yarımkurələrin sinirlərinin ləng proqresivləşən zədələnməsi ilə xarekterizə olunur. Bir qayda olaraq xəstədə beyin şişindən və ya bazal araxnuditdən şübhələnirlər.

Etibarlı diaqnoz yalnız angioqrafiya ilə qoyula bilər. Çox zaman o kisəli anevrizma kimi deyil, arteriovenoz angina kimi aşkar olunur. Bu anadangəlmə damar defekti (malfomasiya) kliniki olaraq beyin yarımkürələrinin ocaqlı zədələnməsi əlamətləri və qıcolma tutmaları ilə xarekterizə olunur.

Başın auskultrasiyası zamanı damar küyü eşidilir. Beyinin sıxılması ilə yanaşı malformasiya, bir qayda olaraq təkrari subaraxnoidal qansızmalar meydana çıxır. Anervizmadan fərqli olaraq, subaraxnoidal qansızmalar angina nəticəsində törənir, uşaq yaşlardan ortaya çıxır.


Избранные посты
Недавние посты
Архив
Поиск по тегам
Тегов пока нет.
Мы в соцсетях
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square