BITKI MƏNŞƏLI RADIOPROTEKTOR TƏSİRLİ MADDƏLƏRIN ALINMASI

Qəhrəmanova M.C. - “Nərgiz” Klinikası"

Azərbaycan Respublikasının ətraf qonşuları ərazisindən radioaktiv tullantılar, sənaye müəssisələrinin çirkab sularını Azərbaycan ərazisinə çaylar vasitəsilə ötürülür ki bu da radionuklidlərin ərzaq məhsulları və digər yollarla insanların orqanizminə keçmə ehtimalini artırır. Ona görə də radioprotektor və antimutagen xassəli bitkilərin və onlardan alınan maddələrin müəyyən edilməsi, onların profilaktik tədbir kimi tətbiqi, baş verə biləcək fövqəladə hallar zamanı ekstremal şəraitdə istifadə üçün ehtiyatının toplanması vacib məsələdir.

Çaytikanı bitkisi meyvələrinin tərkibi radioprotektor təsirə malik maddələr (flavonoid, antosian, melanoidinlər, piqment maddələri, karotinoidlər, kiçik molekullu doymamış yağ turşuları və s.) ilə zəngin olduğuna görə tullantısız texnologiya əsasında sənaye məhsulları, kosmetik vasitələr və bəzi tibbi preparatların hazırlanması texnologiyasının işlənməsi çox aktualdır. Bunu nəzərə alaraq bitki üzərində tədqiqat aparılmışdı. Müxtəlif dövrlərdə (iyul-oktyabr) yetişən formaları olduğu üçün əhalini və sənayeni il boyu təzə meyvə ilə təmin etmək mümkündür. Bitki yüksək məhsuldarlığa (20-60t/ha) malikdir.

Çaytikanı bitkisinin yarpaqlarında da müalicəvi əhəmiyyətli yağ və bioloji aktiv maddələr vardır. Ümumi qüvvətləndirici kimi jenşendən sonra ikinci yerdə durur. Meyvələrin tərkibindən doymamış yağ turşuların miqdarı yüksək olduğuna görə şirə və yağından strateji məhsul radioprotektor kimi istifadə edilə bilər.

Çaytikanı şirəsi qan damarlarında kirəcləşmənin qarşısının alınması, damarların elastikliyinin artırılması və s. əhəmiyyətə malikdir.

Yağın tərkibində olan karotinoidlər, meyvə şirəsində olan flavonoidlər və balanslaşmış nisbətdə olan vitaminlər bu bitkinin radioprotektor xüsusiyyətini artırır.

Təmiz çaytikanı yağı üç dəfə infarkt keçirmiş xəstə üzərində sınaqdan keçirilmiş və iki ay ərzində xəstənin tam sağalması tibbi müayinələrlə təsdiq edilmişdir.

Yanıq və yaraların sağaldılması məqsədilə istifadə edilən 100% çaytikanı yağı alınması ilk dəfə bizim tərəfimizdən hazırlanmışdır. Meyvə lətindən ekstraksiya edici qarışığı olmayan çaytikanı yağı alınması üçün texnologiya işlənib hazırlanmış və bu texnologiyanın sənaye miqyasında tətbiq və təkmilləşdirilməsinə ehtiyac vardır.

Çaytikanı yağından və şirəsindən hazırlanmış preparatların antimutagen təsiri öyrənilmiş yüksək effekt verdiyi aşkar edilmişdir. Radiaktiv, atom şüaları yanıqları zamanı çaytikanı yağı effektiv təsir göstərir. Çaytikanı şirəsi və yağı protektor və antimutagen təsirə malikdir.

#MəlahətQəhrəmanova

Избранные посты
Недавние посты
Архив
Поиск по тегам
Тегов пока нет.
Мы в соцсетях
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square