XİDMƏTLƏRİMİZ.

TƏNƏFFÜS ORQANLARI

Hər Bir Canlı Kimi Insan Da Daim Nəfəs Alır.

Nərgiz” Tibb Mərkəzmizdə geniş profildə xidmətlər göstərilir: Fitoterapiya, Pediatriya, Ginekologiya, Andrologiya, Qastroenterologiya, Terapiya, LOR, Kardiologiya, Endokrinologiya, Kosmetologiya, Nevrologiya, Oftalmologiya, Fizioterapiya və Reabilitasiya.  Azərbaycanın  tanınmış həkimləri, yüksək ixtisaslı professor, ali dərəcəli, tibb elmləri namizədi, həmçinin xarici ölkələrdə təkmilləşmiş həkimlər xidmət göstərməkdədir. Amerikada, Avropada aparıcı şirkətlərin müasir diaqnostika və müalicə avadanlıqları ilə təchiz olunub. Sanitar normalara cavab verən Avropa standartlarına uyğun analizatorları - cihazları ilə, yüksək keyfiyyətli reagentlərlə təmin olunmuş laboratoriyamız xidmətinizdədir. Diaqnostik: EKQ, EXOKQ, Rentgen, Endoskopiya, USM, üz dərisinin və saç dibinin müayinələri aparılır.

 

Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər. Tənəffüs yolları yuxarı və aşağı olmaqla iki yerə bölünür. Yuxarı tənəffüs yolları burun boşluğundan, udlağın burun hissəsindən təşkil olunmuşdur. Aşağı tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir.

p80cvz3raocl-640.jpg
31640a4939d0744fdaa392e3bca91198.jpg

Fitoterapiya

Fitoterapiya (yunanca phyton - "bitki" və therapeia — "terapiya") —dərman kimi bitkilərdən istifadə olunan müalicə üsulu.

Bu gün Fitoterapiya xüsusi inkişaf yeri tutur. Fitoterpiya – güclü, ziyansız və insan orqanizminin yaxşılaşması və xəstəliklərin müalicəsində real effektiv üsuldur. Fitoterapiyanın məqsədi ölkəmizin zəngin dərman bitki ehtiyatından istifadə etmək bu sahədə ölkəmiz üçün daha boyük uğurlar əldə etmək, eyni zamanda Azərbaycanın dərman bitkilərini bütün dünyaya tanıtmaqdır

gine_edited.jpg
b0b20ae1-5312-4a9e-b65d-87401b8f7d7b.jpg

Ginekologiya

Ginekologiya:

Ginekoloji, uşaqlıq boyunun xəstəlikləri; cinsi yolla keçən infeksion xəstəliklərinin kompleks müalicəsi; hamiləliyin izlənilməsi; döldə anomaliyalarin təyini; uşaq borularının açılması; uşaqlıqdaxili spiralın qoyulması və çıxarılması; sonsuzluq; klimaks, uşaqlıq və sidik kisəsi sallanmalarının, miomanın, polikistozun kompleks müalicəsi; ginekoloji müayinələr aparılır.

Button
download.jpg
gastro.jpg

Qastroenterologiya

Qastroenterologiya:

Həzm sisteminin müxtəlif xəstəliklərinin, qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri,  yoğun bağırsaqlar, hepatologiya bölməsini də birləşdirən-qaraciyər, öd kisə və ödçıxarıcı yollar mədəaltı vəzinin müayinəsi, müalicəsi və profilaktikası tətbiq olunur.

Button
Kardiologiya-v-Germanii.jpg
Kardiologiya-1.jpg

Kardiologiya

Kardiologiya:

Ürək-damar sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası həyata keçrilir: ürəyin işemik xəstəliyi; hiperteniya; ritm pozğunluqları və s.

EKQ  və EXOKQ müayınələr aparılır.

Button
download (1).jpg
nevrologi12092015-750x500.jpg

Nevrologiya

Nevrologiya:

Nevroloji xəstəliklərə nevritlər, polimiozitlər, işemik və hemorragik insultlar, miqren, osteoxondrozlar, epilepsiya, posttravmatik hallar, radikulutlər, əsəbilik; xroniki yorğunluq sindromu; yuxusuzluq; gərginlik baş ağrıları; nevroz; hipertoniya.

Button
Fizioterapiyavreabilitasiya.jpg
reabilitasiya.jpg

Fizioterapiya & Reabilitasiya

Fizioterapiya və Reabilitasiya.

Fizioterapiyada: lazeroterapiya, elektrofarez, inhalasiya, aerozol terapiyası (nebulayzer inhalasiya apparatı), elektrostimulasiya, vaporizasiya, ultrabənövşəyi şualarla müalicə, infraqırmızı şüalarla müalicə, maqnitoterapiya, elektosonoqrafiya, refleksoterapiya, darsanvalla müalicə, qisa dalğalı diatermiya (UVÇ apparatı).

Reabilitasiya
Osteoxondroz, spinal protruziya, yırtıqlar, skolioz, lordoz, kifoz, ətraf əzələlərin asteniyası, onurğa sütununu bərpa etmək, post travmatik reabilitasiyalar (sınıqlar menisk yırtıqları, çapıqlar və s.). Lor xəstəlikləri (tonzilitlər, allerqik rinitlər, qaymorit və s.)
Ağ ciyər xəstəliklərini (bronxial astma, xroniki bronxitlər, pnevmoniya).

Button
pedistriya12092015-750x500.jpg
8f8a3aa666edf925abd20b9c1bc96882.jpg

Pediatriya

Pediatriya:

Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri: bronxit, abstruktiv bronxit, laringit, faringit, zökəm və allergik rinitlər; mədə bağırsaq və sidik-ifrazat sistemin, öd kisəsi və öd axacaqlarının iltihabı xəstəliklərinin; xroniki qəbizlik, dizbakterioz, raxit və anemiyalarının müalicəsi olunur.

unnamed.jpg
d0f750fff3077e97d5e409c643b76393.jpg

Andrologiya

Andrologiya:

Ən müasir və eləcə də təbii üsullarla təminatı olaraq müayinə və müalicə edir: xroniki prostatit, cinsi əlaqənin erkən bitməsi, cinsi zəiflik (həmçinin şəkər xəstəliyi fonunda), cinsi yolla keçən xəstəliklər, kişi sonsuzluğu, cinsi əlaqəyə həvəsin azalması.

therapy-1.jpg
manyalnaya-terapiya-pozvonochnika.webp

Terapiya

Terapiya:

Tənəffüs orqanları xəstəlikləri (qrip, traxeit, bronxit, pnevmoniya, bronxial astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri və s); mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit), ifrazat sistemi xəstəlikləri (qlomerulonefrit, börəklərin digər autoimmun patologiyalar nəticəsində zədələnmələri və s.); endokrinoloji xəstəliklər (şəkərli diabet, tireoid xəstəlikləri) və qaraciyər, öd kisəsinin, öd yollarının iltihabı xəstəliklərinin müalicəsini aparılır; plazmafarez, ozonoterapiya, hirudoterapiya, 

endokrinologya.jpg
endokrin.jpg

Endokrinologiya

Endokrinologiya:

Endokrin sistem fiziologiyası və tiroid xəstəlikləri (qalxanabənzər vəz, böyrəküstü vəzin, hipofiz vəzin və autoimmun xəstəlikləri); şəkərli diabet müasir müalicə metotdları; metabolik sindrom (maddələr mubadiləsinin pozğunluğu); osteoporoz (sümüklərin əriməsi); piylənmə (artıq çəki problemi); hirsutizm (qadınlarda tüklənmə); hipertoniya (yüksək qan təzyiqi); menopauza (aybaşı kəsilməsi); uşaqlarda cinsi inkişaf zəyifliyi. Müayinələr və müalicələr aparılır.

1501346820_1492982097_goz1.jpg
download (3).jpg

Oftalmologiya

Oftalmologiya:

Göz xəstəliklərinin erkən mərhələlərdə aşkar edilməsi, müayinə və müalicələri həyata keçirilir. Gözdaxili göz yaşı vəzisinin kanalının açılması, zəifgörmənin dərəcəsinin təyin edilməsi, təzyiqin ölçülməsi, gözdən yad cismi çıxarılması; qlaukoma, çəpgözlük; katarakta, göz qapaqlarının kəskin və xroniki xəstəlikləri, gözün allerqik xəstəlikləri, göz təzyiqi; miopiya (yaxındangörmə), hipermetropiya (uzaqdangörmə), astiqmatizmin və s. xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi aparılır.

download (2).jpg
labatoriya-kabineti.jpg

Laboratoriya

«Nərgiz» Tibb Mərkəzin laboratoriyasında aparıcı Avropa firmalarının istehsalı olan, Beynalxalq Standartlara uyğun müasir avadanlıqlarla və aparatlarla (cihazlarla) təchiz olunub. Yüksək keyfiyyətli reagentlərin (reaktivlərin) istifadəsi ilə analizləri dəqiq nəticələri əldə etməyimizə imkan verir. «Nərgiz» Tibb Mərkəzi olaraq əsas prinsip xəstələrimizə keyfiyyətli və etibarlı xidmət göstərməkdir!

Sağlamliğınızı peşəkarlara etibar edin!

"Nərgiz" Tibb Mərkəzdə  laboratoriya şöbəsində 300-dən artıq geniş spektrli müxtəlif testlər (analizlər) aparılır.

Həkimlə Əlaqə

 +994 12 541 72 72

 +994 12 437 28 03 

+994 51 388 70 70

+994 55  319 8122

images.png
  • Facebook
  • Instagram
  • Tumblr
  • LinkedIn
  • YouTube