ZEYNƏB SADIĞOVA

 Həkim-dermatoloq  - 2010-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. Əlavə təhsilini bir çox ölkələrdə almışdır. Fransada Manokoda və Nitsada 2 il təhsil almışdır. İranda Behbud xəstəxanasında Türkiyədə isə Gülhanə dövlət xəstəxanasında təhsilini davam etdirmişdir.

 

Azərbaycanda yeganə həkimidir ki, PRP üzrə xüsusi kurslar keçmiş və sertifikat almışdır. 2012-ci ildə Zeynəb xanım “Dünyanı gözəllik xilas edəcək” adlı fəxri mediya diplomu ilə təltif olunmuşdur. 2015-ci ildə “Mütəxəssis” mükafatına layiq görülmüşdür. 2016-cı ildə isə “İlin zərif həkimi” adına layiq görülüb.

 

Hazırda daxili və xarici profilaktik təbii üsullarla müalicələr aparır. İstənilən dəri xəstəliklərinin geniş şəkildə müalicəsi həkim Zeynəb xanım tərəfindəntəyin edilir və müalicələri aparılır.